Futbol klubları yay transfer pəncərəsində rekord məbləğdə pul xərcləyiblər

Baş səhifə

Bakı. Trend:

Bütün dünya üzrə futbol klubları yay transfer pəncərəsində
oyunçu alışlarına rekord məbləğdə 9,76 milyard dollar
xərcləyiblər.

Trend-in
məlumatına görə, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları
Federasiyasının (FİFA) mətbuat xidməti xəbər verib.




İyunun 1-dən sentyabrın 2-dək olan dövrdə xərclərin məbləği ötən
ilin müvafiq dövrü ilə müqayisədə 50%-dən çox artıb. Bu dövr
ərzində təxminən 12 min beynəlxalq müqavilələr bağlanıb.

İngiltərə klublarının 3,19 milyard dollar xərclədiyi qeyd
edilib. Halbuki “Deloitte” konsaltinq şirkətinin hesablamalarına
görə, təkcə İngiltərə Premyer Liqa klubları 4 milyard dollar
xərcləyib. Ümumi xərclərə görə ikinci yerdə Almaniya klubları (980
milyon dollar), üçüncü yerdə isə İtaliya klubları (950 milyon
dollar) qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir