
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının
tərkibində dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bununla bağlı məsələ Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-da
keçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki
Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə” Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi müzakirə
ediləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki
Komissiyasının yeni tərkibi Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin 16 noyabr 2024-cü il tarixli iclasında təsdiq edilib və
komissiya 7 üzvdən – Çingiz Həsənli, Ramil Orucəliyev, Orxan
Bağırov, Asim Əliyev, Elşən Heydərli, Məlahət Rüstəmova və Nicat
Yaqubovdan ibarət formalaşdırılıb. Sonradan keçirilən ilk iclasında
Ç.Həsənli komissiyanın sədri, R.Orucəliyev sədr müavini, O.Bağırov
isə katib seçilib.

