
Bakı.Trend:
Türkiyə, Azərbaycan və Özbəkistan aqrar sahədə unikal əməkdaşlıq
modeli yaradaraq “üçbucaq” formalaşdırıb və kənd təsərrüfatı
bitkilərinin sığorta sistemini tətbiq ediblər.
Bunu Özbəkistanın kənd təsərrüfatı naziri İbrahim Abdurahmonov
9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgi və forumu
çərçivəsində Trend-ə
verdiyi özəl müsahibədə bildirib.
Onun sözlərinə görə, yeni mərhələdə ölkələr aqrar sektorun
dayanıqlığını və regionun ərzaq təhlükəsizliyini gücləndirərək
milli sığorta sistemlərinin inteqrasiyasına başlayıblar.
Nazir həmçinin qeyd edib ki, Özbəkistan ilə Azərbaycan arasında
əməkdaşlıq tarixən yüksək səviyyədə olub.
“Lakin hazırda biz onu genişləndiririk- kənd təsərrüfatı
bitkilərinin idarə olunması və əkin dövriyyəsinin ümumi sistemindən
rəqəmsallaşmaya, eləcə də kənd təsərrüfatının
maliyyələşdirilməsinə, sığorta sistemlərinə, ödəniş mexanizmlərinə
və subsidiyalara keçirik.
Biz Azərbaycanın aqrar sisteminin rəqəmsallaşdırılması
təcrübəsini öyrənmişik və artıq bəzi proqramları və proqram
həllərini Özbəkistanda tətbiq etmişik.
Xüsusilə qürur duyuruq ki, Türkiyə, Azərbaycan və Özbəkistan bir
növ “üçbucaq” formalaşdıraraq kənd təsərrüfatı bitkilərinin
sığortası sistemini tətbiq ediblər. Bu, unikal modeldir. Hazırda üç
ölkənin kənd təsərrüfatı bitkilərinin sığortası sistemlərini
inteqrasiya edirik”,-deyə o bildirib.
İ.Abdurahmonov qeyd edib ki, bu mexanizm Özbəkistanda ilk dəfə
tətbiq olunur, lakin gələcəkdə regionun digər ölkələrinə də yayıla
bilər.
“Bitkiçiliklə yanaşı, biz Özbəkistanda fındıq istehsalının
şaxələndirilməsi sahəsində də əməkdaşlıq edirik. Oraya fındığın
genetik materialını gətirmişik və elmi müəssisələrimiz artıq bu
istiqamətdə işləyir.
Bundan əlavə, Azərbaycanın təcrübəsinin olduğu çayçılıq
sahəsində də əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. Gələcəkdə bu
istiqaməti genişləndirməyi planlaşdırırıq”,- deyə nazir
bildirib.
O vurğulayıb ki, heyvandarlıq və balıqçılıq da daxil olmaqla
digər əməkdaşlıq istiqamətləri mövcuddur.
“Pambıq sektoru Özbəkistan üçün böyük əhəmiyyət kəsb edir və
hazırda biz bu sahənin inkişafında Azərbaycana da dəstək veririk.
Artıq bir neçə klaster və şirkət bu istiqamətdə Azərbaycanla
işləməyə başlayıb”, – deyə nazir əlavə edib.
“Lakin hazırda biz onu genişləndirərək, kənd təsərrüfatı
bitkilərinin idarə olunması və əkin dövriyyəsinin ümumi sistemindən
rəqəmsallaşmaya, eləcə də kənd təsərrüfatının maliyyələşdirilməsi,
sığorta mexanizmləri, ödəniş sistemləri və subsidiyalar
məsələlərinə keçirik.
Biz Azərbaycanın aqrar sahəsinin rəqəmsallaşdırılması
təcrübəsini öyrənmişik və artıq bəzi proqramları və həlləri
Özbəkistanda tətbiq etmişik”, -deyə o vurğulayıb.
O vurğulayıb ki, heyvandarlıq və balıqçılıq da daxil olmaqla
digər əməkdaşlıq istiqamətləri mövcuddur.

