
Bakı. Trend:
Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat
Forumunda Azərbaycanın prioritetləri açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun
Azərbaycanın prezidentliyi ilə keçirilən sammiti çərçivəsində
açılış mətbuat konfransı və açılış plenar iclasında iştirak
etdik.
Ölkəmizin prezidentliyi dövründə müəyyən edilən prioritet
istiqamətlər üzrə görülən işlər barədə məlumat verdik.
Bildirdik ki, əsas diqqət nəqliyyat sistemlərinin dayanıqlığının
gücləndirilməsinə yönəlib. Bu çərçivədə əlaqəlilik, rəqəmsallaşma
və investisiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində
ardıcıl işlər görülüb, inklüzivlik və institusional davamlılıq
prinsipləri ön planda saxlanılıb”, – paylaşımda qeyd edilib.

