Trampın administrasiyasının mövqeyi bütün amerikalıların Ukrayna ilə bağlı fikirlərini əks etdirmir – Levin

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyasının mövqeyi bütün
amerikalıların Ukrayna ilə bağlı fikirlərini əks etdirmir və
Konqresdəki bir çox insan Kiyevi dəstəkləməyə davam edir.

Trend xəbər
verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Levin
bildirib.

O, ABŞ Nümayəndələr Palatasının üzvlərinin əksəriyyətinin
Ukraynanı dəstəklədiyini, bunu Senat haqqında deməyin mümkün
olmadığını qeyd edib. Levin, həmçinin ABŞ-ın vitse-prezidenti J.D.
Vensin Kiyevə birbaşa Amerika silah təchizatının dayandırılmasının
hazırkı ABŞ administrasiyasının əsas nailiyyətlərindən biri
olduğunu bildirən mövqeyini də qınayıb .




“Vitse-prezident bütün amerikalıların adından danışmır.
Konqresin geniş ideoloji spektri var. Mənim ukraynalılara mesajım
budur: bu administrasiya hər bir amerikalının fikirlərini təmsil
etmir”, – deyə o qeyd edib.

Levin həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın
yanaşmaları son 80 ildə Amerikanı dünyada güclü lider edən şeylərin
çoxuna ziddir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir