
Bakı. Trend:
Almaniyada Azərbaycan və Çex Respublikası arasında nəqliyyat və
şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik
ilə görüş keçirdik.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın
inkişafı məsələlərini müzakirə etdik.
Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu
imzaladıq.
İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına,
rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə
verəcək”, – paylaşımda qeyd edilib.

