
Bakı. Trend:
6 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha
arasında telefon danışığı aparılıb.
XİN-dən Trend-ə bildirilib
ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna Prezidentləri
arasında aparılmış danışıqlardan və əldə olunmuş razılıqlardan
irəli gələn məsələlər, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq
münasibətlərinin aktual mövzuları müzakirə edilib.

