Rusiya XİN diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərib

Baş səhifə

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi mayın 9-da Moskvaya hücum
olunacağı təqdirdə Kiyevə cavab zərbələri endirəcəyi barədə
diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota
göndərildiyini bildirib.

Trend xəbər verir ki, Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bildirib ki, Moskvada akkreditə olunmuş bütün diplomatik
nümayəndəliklərə Rusiya Müdafiə Nazirliyinin mayın 4-də yaydığı
xəbərdarlığın mətni göndərilib.

Notada qeyd olunur ki, Kiyev Moskvaya hücum planlarını həyata
keçirəcəyi təqdirdə, Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyevə, o
cümlədən qərar qəbulu mərkəzlərinə cavab zərbələrinin endirilməsi
qaçınılmaz olacaq.




M.Zaxarovanın sözlərinə görə, bəyanata səbəb mayın 4-də İrəvanda
keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında
Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada Qələbə Gününün
qeyd edilməsini pozmaqla bağlı fikirləri olub. O vurğulayıb ki,
Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığı məhz bu təhdidlərə cavab
kimi yayılıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, ölkənin xaricdəki
diplomatik nümayəndəlikləri də Moskvanın mövqeyi barədə akkreditə
olunduqları ölkələrə və beynəlxalq təşkilatlara əlavə məlumat
verirlər.

M.Zaxarova Rusiya tərəfinin bəyanatlarına çox ciddi yanaşmağa
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir