Azərbaycanla Almaniya arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz
Şahbazov Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael
Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş
keçirib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.




Görüşdə Azərbaycanla Almaniya arasında enerji sahəsində
əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub. Təbii qaz, bərpa olunan enerji, enerji səmərəliliyi,
hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik
enerjisi infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri
nəzərdən keçirilib.

Azərbaycanın Almaniyaya qaz tədarükünə başlaması, Avropanın
enerji təhlükəsizliyində artan rolu, eləcə də enerji keçidi kursu
yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpa olunan
enerji layihələri, elektrik enerjisi interkonnektorları, yaşıl
enerji dəhlizləri və Avropaya elektrik enerjisi ixracı imkanları
barədə məlumat verilib. Regional bağlantılar və hidrogenlə bağlı
planlar fonunda Alman şirkətləri ilə müxtəlif istiqamətli
əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir