Bərpa olunan enerji növlərinin inkişaf yüksək potensiallı ərazilərin seçilməsini tələb edir – “SOCAR Green”

Baş səhifə

Bakı.Trend:

Günəş və külək enerjisi istehsalını enerji yığım sistemləri ilə
birləşdirən hibrid layihələr, bərpa olunan enerji mənbələrinin daha
da artırılması fonunda enerji sistemlərinin dayanıqlığının təmin
edilməsində əsas alətlərdən birinə çevriləcək.

Trend xəbər verir
ki, bunu “SOCAR Green”in Texnologiyalar və İnnovasiyalar
departamentinin direktoru Elçin Tarquliyev 31-ci Beynəlxalq Xəzər
Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində
bildirib.

Onun sözlərinə görə, hazırda əsas məsələ təkcə bərpa olunan
enerji mənbələrinin payının artırılması deyil, həm də onların
enerji sistemlərinə inteqrasiyası zamanı çevikliyin və
etibarlılığın təmin edilməsidir.

E.Tarquliyev qeyd edib ki, günəş və külək enerjisi hava
şəraitindən asılıdır və dəyişkən istehsal xüsusiyyətinə malikdir,
lakin onların birgə tətbiqi bu təsiri qismən kompensasiya etməyə
imkan verir.




“Enerji təchizatına əlavə sabitliyi enerji yığım sistemləri
təmin edir. Bərpa olunan enerji sahəsinin inkişafı əhəmiyyətli
dərəcədə hibrid layihələrlə bağlı olacaq”, – deyə o bildirib.

Eyni zamanda E.Tarquliyev vurğulayıb ki, bu cür layihələrin
həyata keçirilməsi müəyyən çətinliklərlə bağlıdır, çünki müxtəlif
bərpa olunan enerji növlərinin inkişafı üçün eyni zamanda yüksək
potensiala malik ərazilərin seçilməsini tələb edir.

Hidrogenlə bağlı danışan “SOCAR Green” nümayəndəsi onun enerji
keçidinin və karbon neytrallığı hədəflərinin əldə edilməsinin mühüm
hissəsinə çevriləcəyini qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir