Məhkəmə-hüquq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Baş səhifə

Bakı. Trend:

İyunun 3-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
ölkəmizdə səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri
Marta Koomenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən məlumat
verilib.

Bildirlib ki, qonaqları salamlayan sədr Fərhad Abdullayev
Azərbaycan və Keniya arasında əlaqələrin son illər dinamik şəkildə
inkişafının məmnunluq doğurduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı
səfərlərin həyata keçirilməsinin əlaqələrimizin
möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sədr may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Keniya Respublikasının Prezidenti Uillyam Samoei
Ruto ilə görüşünün ölkələrimiz arasında bir sıra sahələrdə
əməkdaşlığın inkişafı və qarşılıqlı etimadın göstəricisi olduğunu
xüsusilə vurğulayıb.

Daha sonra sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar
qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri
barədə ətraflı məlumat verib.




Səmimi qəbula görə minnətdarlığını bildirən Marta Koome qeyd
edib ki, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin
aparılmasında, xüsusilə Azərbaycanın məhkəmə proseslərinin
rəqəmsallaşdırılması prosesi ilə tanışlıq maraqlıdır. O, Keniya Ali
Məhkəməsinin fəaliyyəti barədə məlumat verərək, iki ölkə arasında
qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərin
əhəmiyyətini vurğulayıb. Xanım sədr başçılıq etdiyi nümayəndə
heyəti ilə birlikdə ölkəmizə səfəri çərçivəsində Qarabağ bölgəsində
həyata keçirilən yenidənqurma və inkişaf layihələri ilə tanış
olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərini, bölgənin sosial-iqtisadi inkişafını və
əhalinin doğma torpaqlara qayıdışı istiqamətində görülən tədbirləri
yüksək qiymətləndirdiyini nəzərə çatdırıb.

Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində ikitərəfli
əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçinin maraq
doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ölkəmizin Keniyadakı fövqəladə və səlahiyyətli səfiri
Sultan Hacıyev də iştirak edib.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış
olublar və xatirə şəkilləri çəkdiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir