UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

3 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının
(İCMA) üzvü olan 30-a yaxın sahibkarın iştirakı ilə Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) universitet-biznes
əməkdaşlığı çərçivəsində görüş keçirilib.

Tədbirdən öncə sahibkarlar üçün UNEC-də infotur təşkil olunub.
Onlar UNEC-in infrastrukturu, texniki və texnoloji
laboratoriyaları, auditoriyaları, Dizayn Məktəbinin tələbələrinin
əl işləri ilə yaxından tanış olublar.

Sonra universitet-biznes əməkdaşlığının inkişaf perspektivlərinə
həsr olunmuş görüş baş keçirilib.

Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov
universitetdə həyata keçirilən yeniliklərdən və gələcək hədəflərdən
danışıb. Rektor həmçinin universitetlə iş dünyası arasında
əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O
qeyd edib ki, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı
universitet və işəgötürənlərin qarşılıqlı tərəfdaşlığı şəraitində
daha uğurla həyata keçirilə bilər.




İCMA-nın İdarə Heyətinin sədri və Marsol Groupun təsisçisi Tural
Mustafayev təhsil sektoru ilə əməkdaşlığın biznes mühitinin
inkişafındakı rolundan danışıb. O, tələbələrin təhsil müddətindən
başlayaraq biznes dünyasına hazırlanmasını hədəfləyən, İCMA və
Marsol Academy tərəfindən həyata keçirilən “Təhsildən Biznesə
Karyera Yolu” layihəsi haqqında məlumat verib.

Görüş zamanı ali təhsil müəssisələri ilə biznes sektoru arasında
əməkdaşlıq imkanları, tələbələrin peşəkar inkişafı və əmək bazarına
inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb,
iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası
(İCMA) ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum təhsil və biznes arasında əlaqələrin daha da
gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tələbələrin
təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində
əməkdaşlığın inkişafını nəzərdə tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir