Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib

Baş səhifə

İranın müvəqqəti işlər vəkili Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb.

“Kuwait Times”ın xəbərinə görə, iranlı diplomata Tehranın hərəkətləri ilə bağlı rəsmi etiraz bildirilib.

Məlumata görə, eyni zamanda, Küveyt hakimiyyəti İrandakı diplomatik nümayəndəliyin əməkdaş sayını azaldıb, iki iranlı diplomatı “persona-non grata” elan edib və onların 24 saat ərzində ölkəni tərk etməsini tələb edib.

Məlumatda qeyd olunur ki, qərar İranın Küveytə hava zərbələri ilə bağlı qəbul edilib.

Küveyt Müdafiə Nazirliyi isə İran tərəfindən buraxılan 13 ballistik raket və 17 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, raket qalıqları yaşayış məntəqələrinə düşüb.

Nazirliyin sözçüsü Səud Əbdüləziz əl-Otaibi hücumu “İranın cinayətkar təcavüzü” adlandıraraq, Küveyt Beynəlxalq Hava Limanı da daxil olmaqla mülki obyektlərin hədəf alındığını qeyd edib.

Məlumata görə, hücum nəticəsində Hindistan vətəndaşı olan bir nəfər həlak olub, 60-dan çox insan yaralanıb və ciddi maddi ziyan dəyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir