Polşa məktəblərində uşaqların mobil telefondan istifadəsi qadağan edilib

Baş səhifə

Bakı.Trend:

Polşa hökuməti internetdə yetkinlik yaşına çatmayanların
müdafiəsinin gücləndirilməsinə yönəlmiş bir sıra qərarlar qəbul
edib. Əsas təşəbbüslərdən biri məktəblərdə şagirdlərin mobil
cihazlardan istifadəsinin məhdudlaşdırılmasıdır.

Trend xəbər verir
ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski
RMF24-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni tədbirlər uşaqların zərərli məzmundan,
internet cinayətkarlarından və digər rəqəmsal təhdidlərdən
qorunmasına, həmçinin daha təhlükəsiz onlayn mühitin
formalaşdırılmasına xidmət edəcək.




Ayrı bir qərara əsasən, dövlət və özəl məktəblər smartfon,
planşet və digər oxşar cihazların bütün tədris günü ərzində – həm
dərslərdə, həm də tənəffüslərdə istifadəsini qadağan edə
biləcəklər.

Təhsil naziri Barbara Novatskanın sözlərinə görə, məhdudiyyətlər
tam xarakter daşımayacaq. Şagirdlərin sağlamlığı və təhlükəsizliyi
ilə bağlı hallarda, eləcə də müəllimin qərarı ilə mobil cihazlardan
tədris məqsədilə istifadə edildiyi situasiyalarda istisnalar tətbiq
olunacaq.

Polşa hökuməti hesab edir ki, bu tədbirlər şagirdlərin dərsə
daha yaxşı diqqət yetirməsinə, yaşıdları ilə daha fəal ünsiyyət
qurmasına, həmçinin ekranlardan və daimi bildiriş axınından
asılılığın azalmasına kömək edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir