Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsindən məlumat verilib.

Görüş zamanı səfir Norman etimadnaməsinin surətini nazir Ceyhun
Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə
təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar
arzulayıb.

Görüş zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin
mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran
regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi,
iqtisadi, enerji, ticarət, investisiyalar, təhsil və digər
sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd
ediblər.

Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi, yüksək səviyyəli qarşılıqlı təmasların və iqtisadi
tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi
vurğulanıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə
dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan
normallaşma prosesi, ölkəmiz tərəfindən atılan addımlar barədə
qarşı tərəfi ətraflı məlumatlandırıb.

Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan
məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da
inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini
bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən
keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir