Xaçmazda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində işlər davam etdirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayonunun kənd və qəsəbələrində elektrik təsərrüfatının
yenilənməsi istiqamətində işlər davam etdirilir. Tədbirlər planına
əsasən, artıq Keymərəz kəndində dayaqlar dəyişdirilib, SİP kabellər
çəkilib və güc transformatorları yenilənib.

Hazırda Xaçmaz şəhərinin Sabit Rəhman küçəsində və ətraf
ərazilərdə, eləcə də Yeni Həyat qəsəbəsi, Gödəkli, Bayoba, Köhnə
Xaçmaz, İdrisoba, Fərzəlioba və Niyazoba kəndlərində bu istiqamətdə
tədbirlər görülür. İşlər çərçivəsində köhnə dayaqlar yenilənir,
izolyasiyalı SİP kabellər çəkilir və yeni güc transformatorları
quraşdırılır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şimal Regional Enerji Təchizat
İdarəsinin rəisi Vüqar Kazımov Köhnə Xaçmaz və Niyazoba kəndlərində
aparılan işlərin gedişi ilə yerindəcə maraqlanıblar.




Rayon rəhbəri iş icraçıları ilə görüşərək əhalinin keyfiyyətli
və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlərin
vaxtında və yüksək səviyyədə yekunlaşdırılması üçün müvafiq
tapşırıqlar verib.

Qeyd edək ki, cari ilin sonunadək Şıxlar, Çaykənarı, Hacılar,
Çaxmaqlı, Qaraçı, Əbilyataq, Nərəcan, Xanlıqoba və Xaspoladoba
kəndlərində də elektrik təsərrüfatının yenidən qurulması işlərinin
yekunlaşdırılması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir