Orta dəhliz üzərindən yükdaşımaları illik 20 milyon tona yüksələ bilər

Baş səhifə

Bakı.Trend:

Orta Dəhliz üzrə ötürücülük qabiliyyəti və yükdaşımalarıının
həcmi yaxın üç il ərzində mövcud 5 milyon tondan 20 milyon tona
qədər arta bilər.

Trend xəbər verir
ki, bunu Nəqliyyat İnnovasiyaları Assosasiyasının meneceri,
Litvanın Nəqliyyat və Kommunikasiya nazirinin keçmiş müavini Yulius
Skatskauskas Bakıda keçirilən 2-ci Beynəlxalq Nəqliyyat, Tranzit,
Logistika Forumunda etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Avropa və Asiya bazarlarını
birləşdirən əsas nəqliyyat marşrutlarından birinə çevrilir.

Skatskauskas qeyd edib ki, təxminən 500 milyon əhaliyə və 20
trilyon avro həcmində iqtisadiyyata malik Avropa İttifaqı böyük
bazar kimi çıxış edir və Orta Dəhliz vasitəsilə nəqliyyat
əlaqələrinin inkişafı bu bazara çıxışı daha da genişləndirə
bilər.




O vurğulayıb ki, marşrutun gələcək inkişafı üçün onun
etibarlılığı, təhlükəsizliyi və dayanıqlılığı təmin edilməlidir.
Bununla yanaşı, mövcud “dar boğazlara” və infrastrukturun daha da
təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq, dəhlizin inkişafı
düzgün istiqamətdə gedir.

Litva nümayəndəsi xüsusilə Azərbaycanda həyata keçirilən
infrastruktur layihələrini, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu
xəttinin imkanlarının genişləndirilməsini yüksək qiymətləndirib və
onların daşımaların səmərəliliyinin artırılması baxımından
əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və
Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026
sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının,
beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika
şirkətlərinin nümayəndələrini bir araya gətirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir