
Bakı. Trend:
Bu gün Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizində istismar
olunacaq 780 TEU tutumlu konteyner gəmilərindən birincisinin
kilqoyma mərasimi keçirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji
əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə ölkəmizin
gəmiqayırma sənayesinin və Orta Dəhlizin inkişafına mühüm töhfə
verir.
Bakı Gəmiqayırma Zavodunun beynəlxalq sifarişlər əsasında həyata
keçirdiyi layihələr Azərbaycanın sənaye və mühəndislik
potensialının artdığını bir daha nümayiş etdirir”, – paylaşımda
qeyd edilib.

