Azərbaycanda UnionPay kartları ilə həyata keçirilən əməliyyatların həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda “UnionPay” kartları üzrə əməliyyatların
statistikası açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik
bülletendə bildirilib ki, cari ilin may ayının sonuna ölkədə
rezident maliyyə təşkilatları tərəfindən buraxılmış UnionPay
kartları (habelə statistik vahidin ödəniş kartları) vasitəsilə 2,3
min əməliyyat həyata keçirilib. Qeyd olunub ki, həmin
əməliyyatların ümumi həcmi 250 min manatı ötüb.

Bankın məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə
UnionPay kartları ilə aparılan əməliyyatların sayı 2,1 mindən çox
və ya 11,5 dəfə, əməliyyatların həcmi isə 220 min manatdan çox və
ya 8,3 dəfə azalıb.




AMB-nin məlumatına görə, hesabat dövründə qeyri-rezident maliyyə
təşkilatları tərəfindən buraxılmış UnionPay kartları ilə həyata
keçirilən əməliyyatların sayı 2,5 min, ümumi həcmi isə 400 min
manat olub.

Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş
sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən eksklüziv
müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki
inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS
terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.

“Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi
ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər
ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya
imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə
beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik
pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin
genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və
ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin
edilməsidir”, – deyə Mərkəzi Bank qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir