Putin Ukraynanın dron hücumlarından sonra yaşanan yanacaq böhranı ilə bağlı müşavirə keçirib

Baş səhifə

Rusiya prezidenti ölkənin yanacaq bazarının stabilləşdirilməsi tədbirlərinə həsr olunan müşavirə keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya hökumətinin sədr müavini Aleksandr Novak yanacaq təminatı ilə bağlı dövlət başçısına məruzə edib.

Putin yanacaq qiymətlərinin artması səbəbindən Krım və Sevastopol üçün subsidiyalarla bağlı təcili qərar qəbul etməyi tapşırıb. Bildirib ki, bunun üçün imkanlar mövcuddur.

Rusiya prezidenti Krım yarımadasının sakinlərinə və ora tətilə gələnlərə dəstəyin göstərilməsini tapşırıb.

Putin bildirib ki, Kiyev Rusiya cəmiyyətində əsəbilik yaratmağa çalışır: “Amma bu, mümkün olmayan bir işdir. Çünki Rusiyanın enerji kompleksi böyük ehtiyata sahibdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir