Türkiyə ilə Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı sənədi imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyə ilə Böyük Britaniya arasında Təhlükəsizlik və Müdafiə
Tərəfdaşlığı Sənədi imzalanıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata əsasən, sənəd NATO-nun Ankara Zirvəsi çərçivəsində
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş
naziri Kir Starmer arasında keçirilən görüş zamanı imzalanıb.




Bildirilib ki, tərəfdaşlıq sənədi dəyişən Avro-Atlantik
təhlükəsizlik mühiti fonunda NATO-nun iki aparıcı müttəfiqi kimi
Türkiyə və Böyük Britaniyanın əməkdaşlığı daha da gücləndirmək və
institusionallaşdırmaq iradəsini əks etdirir.

Qeyd olunub ki, sənəd tərəflərə çəkindirmə və müdafiə, hərbi
əməkdaşlıq, müdafiə sənayesi və texnologiyaları,
kibertəhlükəsizlik, hibrid təhdidlər, terrorizmlə mübarizə,
dayanıqlılıq, mülki hazırlıq və kosmik sahə daxil olmaqla
təhlükəsizlik və müdafiə siyasətinin siyasi-hərbi istiqamətləri
üzrə məsləhətləşmələri dərinləşdirmək və yeni mexanizmlər
vasitəsilə əməkdaşlığı genişləndirmək imkanı yaradacaq.

“Türkiyə və Böyük Britaniya Avro-Atlantik təhlükəsizliyinə
əvəzolunmaz töhfələr verir, müdafiə xərclərini artırır, NATO-nun
ehtiyac duyduğu imkanların gücləndirilməsi istiqamətində
əməkdaşlığı inkişaf etdirir və bu sənəd hər iki ölkənin bir-birinin
müdafiəsinə, eləcə də Şimali Atlantika Müqaviləsinə sadiqliyini bir
daha təsdiqləyir”, – deyə vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir