
Bakı.Trend:
Azərbaycandan Almaniyaya ixrac olunmuş neftin həcmi
açıqlanıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin
gömrük statistikasına əsasən, bu ilin yanvar-iyun aylarında
Azərbaycandan Almaniyaya 210,9 milyon ABŞ dolları dəyərində 360,3
min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları
ixrac edilib.
Trend-in qurumun
məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici
2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 91,5 milyon
ABŞ dolları və ya 30,3 faiz, həcm baxımından isə 202 min ton və ya
35,9 faiz azdır.
Komitənin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında
Azərbaycandan Almaniyaya 302,4 milyon ABŞ dolları dəyərində 562,3
min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları
ixrac olunub.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycandan
dünyanın digər ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları
dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınmış xam neft və
neft məhsulları ixrac olunub.
Trend-in Dövlət
Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara
görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcm
baxımından isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Komitənin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında
Azərbaycan neftinin əsas idxalçıları arasında ilk yeri İtaliya
tutub. Bu ölkəyə 5,915 milyon ton neft və neft məhsulları 3,495
milyard ABŞ dolları dəyərində ixrac edilib. Sonrakı yerlərdə Çexiya
(705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min
ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.

