Dünya əhalisinin sayı iki dəfə azalmalıdır –beynəlxalq alimlər qrupu

Baş səhifə

Bakı.Trend:

Yer kürəsinin xilas edilməsi üçün 2200-cü ilə qədər dünya
əhalisinin sayının 4 milyarda endirilməsi zəruridir.

Bu barədə beynəlxalq alimlər qrupunun Böyük Britaniyanın “Daily
Mail” nəşrində dərc olunan araşdırmasında bildirilir.




Alimlərin sözlərinə görə, son 100 ildə Yer kürəsinin əhalisi ən
azı 2 milyard nəfər artaraq 8,3 milyarda çatıb. Tədqiqat
müəllifləri hesab edirlər ki, planet bu qədər sürətli əhali
artımını uzun müddət dəstəkləyə bilməyəcək. Bununla əlaqədar onlar
bəşəriyyətin sayının mərhələli demoqrafik azalma yolu ilə təxminən
iki dəfə azaldılmasını təklif edirlər.

Alimlərin proqnozuna görə, əhali artımı dayandırılmasa, 2100-cü
ilə qədər dünya əhalisinin sayı 11,4 milyarda çata bilər ki, bu da
fəlakətli nəticələrə səbəb ola bilər. Onların məlumatına əsasən,
son 50 ildə karbon qazı emissiyaları iki dəfə artıb, biomüxtəliflik
yarıdan çox azalıb, enerji istehlakı isə üç dəfə yüksəlib. Bundan
əlavə, faydalı qazıntıların hasilatı və pestisidlərdən istifadə
dörd dəfədən çox artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir