Portuqaliya polisi beş tona yaxın kokoain ələ keçirib

Baş səhifə

Bakı.Trend:

Portuqaliyada hüquq mühafizə orqanlarının əməkdaşları ölkənin
sahilləri yaxınlığında konteyner daşıyan gəmidə təxminən beş ton
kokain aşkarlayaraq müsadirə edib.

Bu barədə RTP teleradio şirkəti xəbər yayıb.

Əməliyyatın gedişində 3 xarici vətəndaş saxlanılıb.




“Məhkəmə Polisi və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Milli Bölmə Portuqaliyanın Hərbi Dəniz və Hərbi Hava
Qüvvələri ilə sıx koordinasiya və əməkdaşlıq şəraitində əməliyyat
keçirib. Əməliyyat nəticəsində Avropaya konteyner gəmisi vasitəsilə
külli miqdarda narkotik maddələrin gətirilməsi ilə məşğul olan
cinayətkar qrup zərərsizləşdirilib. Gəmidə təxminən beş ton kokain
daşınırdı”, – deyə RTP hüquq-mühafizə orqanlarının bəyanatına
istinadən bildirib.

Latın Amerikası ölkələrindən birindən gələn gəminin Lissabondan
təxminən 1185 kilometr aralıda aşkar edilərək saxlanıldığı
bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir