Xocəsəndə avtoyuma məntəqəsi yanıb – FOTO

Baş səhifə

Bakının Xocəsən qəsəbəsində avtoyuma məntəqəsində yanğın baş verib.

APA xəbər verir ki, hadisə Aprel Zəfəri küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

İlkin məlumata görə, yanğının başvermə səbəbi hələlik məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir