Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonu ərazisində avtomobildən 78 min manata
yaxın pul vəsaiti oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən
məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini
törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı
T.Nəzərov saxlanılıb.




Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin
birindən elektrik naqilləri və 730 manat dəyərində su nasosu
oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı
K.Qasımov da müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir