
Bakı.Trend:
Səudiyyə Ərəbistanının Bahri gəmiçilik şirkətinə məxsus SIDR
tankerinin Hörmüz boğazından keçidi zamanı baş vermiş insident
nəticəsində iki filippinli ekipaj üzvü həlak olub.
Şirkətin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, insident
2026-cı il avqustun 31-də yerli vaxtla saat 23:40 radələrində baş
verib.
“Bahri iki filippinli ekipaj üzvünün insident nəticəsində həlak
olduğunu dərin kədərlə təsdiqləyir”, – şirkətin bəyanatında
deyilir.
Şirkət həmçinin bildirib ki, gəmi ilə əlaqəni davam etdirir,
müvafiq dövlət qurumları və dənizçilik sektorunun nümayəndələri ilə
fəaliyyətini əlaqələndirir, eləcə də vəziyyətin sonrakı inkişafını
izləyir.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib

