Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin
genişləndirilməsi imkanları müzakirə edilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə
Heyətinin sədri Samir Rzayev sosial media hesabında paylaşım
edib.

“Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli Səfiri İssam bin Saleh əl-Cüteyli ilə bu gün keçirilən
görüşümüzdə ölkələrimiz arasında dostluq münasibətləri və aviasiya
sahəsində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi
apardıq.




Regionda baş verən geosiyasi proseslərin hava nəqliyyatına
təsirini və Azərbaycan Hava Yollarının Səudiyyə Ərəbistanına
uçuşları ilə bağlı mövcud vəziyyəti müzakirə etdik. Həmçinin
Azərbaycan Hava Yollarının inkişaf strategiyası, donanmanın
genişləndirilməsi və marşrut şəbəkəsinin inkişafı barədə
danışdıq.

İnanıram ki, birgə səylərimiz Azərbaycan və Səudiyyə Ərəbistanı
arasında aviasiya əlaqələrinin genişlənməsinə və sərnişinlər üçün
yeni səyahət imkanlarının yaranmasına xidmət edəcək”, – paylaşımda
qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir