Daşınmaz əmlak uzun illərdir kapitalını qorumaq və
dəyərləndirmək istəyənlərin diqqətində olan investisiya
istiqamətlərindən biridir. 2026-cı ildə də Azərbaycanda daşınmaz
əmlak bazarında artım tendensiyası davam edir və mütəxəssislər
aktivin lokasiyası, investisiya potensialı və tələbinin onun
gələcək dəyərində mühüm rol oynadığını qeyd edirlər.
Bəs daşınmaz əmlaka investisiya etmək üçün mütləq böyük məbləğdə
pula sahib olmaq və bütün mənzilin dəyərini bir anda ödəmək
lazımdırmı?

Əslində, kapitalını daşınmaz əmlaka mərhələli şəkildə yönəltmək
də mümkündür. Kristalın təqdim etdiyi “Evini hissə-hissə
al” modeli məhz bu yanaşma üzərində qurulub: mənzili
kvadrat-kvadrat almaq.
Modeli sadə izah etsək, müəyyən məbləğdə kapitalın varsa, onu
seçdiyin layihədə mənzilin kvadratmetrlərinə yönəldə bilərsən. Bu
gün imkanına uyğun müəyyən sayda kvadratmetr alır, daha sonra əlavə
vəsaitin olduqca həmin mənzildən daha çox kvadratmetr əldə edirsən.
Beləliklə, bütün mənzilin məbləğini gözləmədən investisiyaya
başlamaq və kapitalını mərhələli şəkildə artırmaq mümkündür.

Üstəlik, “Evini hissə-hissə
al” modeli faizsiz və aylıq öhdəliksiz şərtlərlə təqdim olunur.
Yəni bank krediti kimi hər ay müəyyən məbləğ ödəmək məcburiyyətində
qalmırsan. Kapitalın imkan verdiyi qədər investisiya edərək
mənzildəki payını artıra bilirsən.
Burada əsas məsələ yalnız kvadratmetr almaq deyil, düzgün layihə
və lokasiyada daşınmaz əmlak aktivi formalaşdırmaqdır. Layihə və
ərazi inkişaf etdikcə daşınmaz əmlakın bazar dəyərində də artım
potensialı yarana bilər. Bu baxımdan bu gün alınan kvadratmetr
gələcəkdə daha dəyərli aktivə çevrilə bilər.
Kristalın şəhərin müxtəlif ərazilərində yerləşən layihələri də
fərqli investisiya seçimləri təqdim edir. Nərimanov və
Biləcəridən Bakı bulvarında yerləşən “Kristal Towers”ə, “Gənclik”
parkına yaxın layihələrdən Sumqayıt və Xırdalanda yerləşən yaşayış
komplekslərinə qədər büdcənə uyğun kvadratmetr seçə
bilərsən.

Məsələn, əlində 20 və ya 50 min manat kapital varsa, bütün
məbləği bir anda mənzilə yatırmaq əvəzinə, onu mərhələli şəkildə
daşınmaz əmlaka yönəldə bilərsən. Aldığın hər kvadratmetr isə
gələcəkdə həmin layihənin və ərazinin inkişafından asılı olaraq
daha yüksək dəyər qazana biləcək daşınmaz əmlak aktivinin bir
hissəsinə çevrilir.
Yəni yanaşma sadədir: mənzilin tam məbləğini gözləmə,
investisiyaya sahib olduğun kapitaldan başla. Bu gün aldığın
kvadratmetr sabah daha dəyərli ola bilər.
Əgər kapitalını daşınmaz əmlaka yönəltmək, müxtəlif layihələrdən
kvadratmetr əldə etmək və investisiyanı mərhələli şəkildə böyütmək
istəyirsənsə, Kristalın satış ofislərinə yaxınlaşa və ya *1544
nömrəsinə zəng edə bilərsən.
Kvadrat-kvadrat al, kapitalını daşınmaz əmlaka yönəlt,
gələcəyinə yatırım et.
Ətraflı: *1544

