
Bərdə: Trend:
Səhiyyə işçilərinin əməkhaqlarının artırılması dövlətin tibb
işçilərinin əməyinə və sosial rifahına verdiyi yüksək dəyərin bariz
nümunəsidir.
Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının
böyük tibb bacısı Əfsanə Mirzəyeva deyib.
O bu qərarı böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladığını
bildirib.
“Prezident İlham Əliyevə səhiyyə işçilərinə göstərdiyi diqqət və
qayğıya görə dərin təşəkkürümüzü bildiririk. Birinci
vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına, xüsusilə
tibb işçilərinə göstərdiyi diqqət və dəstəyi də yüksək
qiymətləndiririk”, – deyə o qeyd edib.
Ə.Mirzəyeva bildirib ki, tibb bacıları və digər orta tibb
işçiləri hər gün xəstələrin yanında olur, onların müalicə və qayğı
prosesində mühüm rol oynayırlar.
“Əməkhaqlarının artırılması bizim üçün həm mühüm sosial dəstək,
həm də əməyimizə verilən yüksək qiymətin ifadəsidir. İnanıram ki,
bu qərar bütün səhiyyə işçilərində böyük ruh yüksəkliyi yaradacaq,
fəaliyyətimizi daha böyük məsuliyyət və həvəslə davam etdirməyimizə
əlavə stimul verəcək”, – deyə o vurğulayıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından dövlət
rəhbərliyinə təşəkkür edən Əfsanə Mirzəyeva bildirib ki, tibb
işçiləri bundan sonra da vətəndaşlara keyfiyyətli, qayğıkeş və
peşəkar tibbi xidmət göstərmək üçün səylərini əsirgəməyəcəklər.

