İran BAEA-nın yoxlamalarının bərpası üçün şərtləri açıqladı

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) inspeksiyalarının
bərpası yalnız qurumun İslam Respublikasının nüvə obyektlərinin və
alimlərinin təhlükəsizliyinin təmin edildiyini rəsmi şəkildə bəyan
etməsindən sonra mümkün olacaq.

Bu barədə İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət
komitəsinin üzvü Vahid Əhmədi bildirib.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin qaydalarına əsasən, Nüvə
Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olan
ölkələrə məxsus bütün nüvə mərkəzləri mühafizə altında olmalı və
hücumlara məruz qala bilməz”, – deyə komitə üzvü “SNN” telekanalına
müsahibəsində vurğulayıb.




Deputat qeyd edib ki, beynəlxalq tənzimləyici qurumla qarşılıqlı
fəaliyyət tamamilə dondurulub. “BAEA ilə istənilən əməkdaşlıq
dayandırılıb. Bu dayandırılmaya həm inspeksiyaların keçirilməsi,
həm də digər əməkdaşlıq formaları daxildir”, – deyə o qeyd
edib.

İranlı deputatın sözlərinə görə, Tehran yalnız konkret tələbin
yerinə yetirilməsindən sonra birgə işə qayıdacaq. “İranın nüvə
obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi üçün zəruri
şəraitin təmin edildiyi barədə BAEA-nın rəsmi açıqlamasından sonra
agentliklə inspeksiyaların və əməkdaşlığın bərpası mümkün olacaq”,
– Əhmədi bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir