Vaşinqton və Pekin süni intellektlə bağlı razılığa gələ bilərlər – ABŞ maliyyə naziri

Baş səhifə

Bakı. Trend:

Vaşinqton və Pekin süni intellekt texnologiyalarının hansı
sahələrdə tətbiq edilməməsi barədə razılığa gələ bilərlər.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Axios” portalına
müsahibəsində bildirib.




“Düşünürəm ki, modellərin konkret olaraq nə etməməli olduğu
barədə razılığa gələ bilərik”, – deyə o, süni intellek modellərini
nəzərdə tutaraq bildirib. Nazir həmçinin Sİ ilə bağlı məsələlər
üzrə ABŞ və Çin arasında “hər hansı bildiriş mexanizminin” tətbiq
edilməsini dəstəkləyib. O, Pekinin bununla razılaşacağına
əminliyini ifadə edib.

İki ölkə arasında hazırlanmaqda olan Sİ modellərinin imkanları
barədə məlumat mübadiləsinin məqsədəuyğun olub-olmadığı ilə bağlı
suala Bessent “Yəqin ki, yox” cavabını verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir