ABŞ-də göyərtəsində altı nəfərin olduğu təyyarə radarlardan itib

Baş səhifə

Bakı. Trend:

ABŞ Sahil Mühafizəsi Nantaket adası sahillərində göyərtəsində
altı nəfərin olduğu təyyarəni axtarır.

Bu barədə ABŞ Sahil Mühafizəsi “X” sosial şəbəkəsində məlumat
yayıb.




“ABŞ Sahil Mühafizəsi göyərtəsində altı nəfərin olduğu
Gulfstream təyyarəsini axtarır. ABŞ Federal Aviasiya
Administrasiyası şənbə günü səhər saatlarında hava gəmisi ilə
əlaqənin kəsildiyini bildirib. Axtarışlar “Nantaket” sahillərində
aparılır”, – deyə bildirilib.

Qeyd olunub ki, təyyarə Bermud adalarından Bostona uçurdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir