"Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Baş səhifə

Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında yoxlama oyunu keçirilib.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Nqolo Kante (60) və Çağrı Balta (75) vurub.

Matçı Rəvan Həmzəzadə idarə edib.

Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

“Turan Tovuz” və “Fənərbağça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər: avqustun 9-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda.

Beləliklə, tərəflər 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən yaşıl meydanda münasibətlərə aydınlıq gətiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir