
Bakı. Trend:
İngiltərə futbol komandası Millətlər Liqasının qrup mərhələsinin
üçüncü turunun səfər oyununda Xorvatiya yığmasını 7:0 hesabı ilə
məğlub ediblər. Görüş Riyekada keçirilib.
Qolları Harri Keyn (8-ci və 53-cü dəqiqələr), Cud Bellinqem
(21), Entoni Qordon (39), Bukayo Saka (45, 68) və Morqan Rocers
(87) vurublar.
İngiltərə millisi səfər oyununda Xorvatiyanın qapısına beş dəfə
yol tapan ilk komanda olub. Bundan əvvəl ingilislər bu rəqib
üzərində səfərdə yalnız bir dəfə – 2008-ci ilin sentyabrında
2010-cu il dünya çempionatının seçmə mərhələsində qələbə
qazanmışdılar. Həmin görüş də böyükhesablı nəticə ilə yekunlaşıb –
1:4.
Xorvatiya millisi tarixində ən böyük məğlubiyyətini alıb. Buna
qədər komanda 2018-ci ilin sentyabrında Millətlər Liqasının qrup
mərhələsinin İspaniya ilə səfər oyununda altı cavabsız qol
buraxmışdı.

