Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var – FOTO

Baş səhifə

Ucarda yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Laçın şəhər sakini, 1998-ci il təvəllüdlü T.Muradlının idarə etdiyi “Toyoto Corolla” markalı minik avtomobili idarəetmədən çıxaraq rayonun giriş hissəsində yol kənarında “Ucar rayonu” yazılmış lövhəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir