
Bakı. Trend:
Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində
Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında
iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikasının Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı
assosiasiyalarının birgə təşəbbüsü çərçivəsində keçirilən aksiyada
bank-maliyyə sektorunun nümayəndələri bir araya gələrək ətraf
mühitin mühafizəsinə və ölkədə yaşıllıq sahələrinin
genişləndirilməsinə öz töhfələrini veriblər.
Aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə
ümumilikdə 1 250 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Bununla da
cari il ərzində sözügedən ərazidə əkilən ağacların ümumi sayı 38
750-yə çatıb.
Qeyd edək ki, ağacəkmə kampaniyası 13 mart 2023-cü il tarixində
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının
Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan
Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası,
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan
Fintex Assosiasiyası arasında imzalanmış “Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə
tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində
həyata keçirilir.
Memoranduma əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər
il 100 min ağacın, ümumilikdə isə 1 milyon ağacın əkilməsi nəzərdə
tutulur. Bu təşəbbüs çərçivəsində Abşeron rayonu və Naxçıvan Muxtar
Respublikasında ağacəkmə tədbirləri həyata keçirilir, həmçinin
yaşıllıq sahələrinin davamlı inkişafını təmin etmək məqsədilə
müvafiq suvarma sistemləri qurulur.
Ziraat Bank Azərbaycan ekoloji dayanıqlılığın təmin edilməsini
və ətraf mühitin qorunmasını korporativ sosial məsuliyyət
yanaşmasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Bank
bu kimi təşəbbüslərdə iştirakı ilə ölkədə yaşıllıq sahələrinin
artırılmasına, ekoloji tarazlığın qorunmasına və gələcək nəsillər
üçün daha sağlam ətraf mühitin formalaşdırılmasına dəstəyini ifadə
edir.
“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il
tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və
xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən
11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal
platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması, Linkedin, YouTube sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.

