
Bakı. Trend:
Süni intellekt texnologiyasının nəzarətsiz inkişafı bəşəriyyət
üçün ciddi təhdidlər yarada bilər.
Bunu Nobel mükafatı laureatı, kompüter alimi Geoffrey Hinton
“The Guardian” qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, süni intellekt texnologiyası bu ilin sonlarında
və ya 2027-ci ildə elektrik sistemlərində genişmiqyaslı fasilələrə,
maliyyə sistemlərində isə ciddi problemlərə səbəb ola biləcək
böhranına səbəb ola bilər.
Hinton gələcəkdə süni intellektin səbəb ola biləcəyi böhranları
“Çernobıl” hadisəsinə bənzədib. O, süni intellektin kütləvi
işsizliyə və gəlir bərabərsizliyinin dərinləşməsinə səbəb ola
biləcəyini də vurğulayıb.
“Süni intellekt heç yaradılmasaydı, daha yaxşı ola bilərdi”, –
deyə o bildirib.
Alim süni intellekt modellərinin bazara çıxarılmadan əvvəl
müstəqil qurumlar tərəfindən yoxlanılmalı olduğunu qeyd edərək,
beynəlxalq əməkdaşlığa və məcburi tənzimləmələrin tətbiqinə çağırış
edib.
Qeyd edək ki, Hinton sentyabr ayında verdiyi açıqlamada süni
intellekt üzərində nəzarəti tamamilə itirməzdən əvvəl zəruri
təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün bəlkə də cəmi bir
il vaxt qaldığını bildirmişdi.

