Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı
Devid Qarrett “Millennium Symphony – Crossover Programme” simfonik
şousu ilə çıxış edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər.

Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını
birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl
Ceksonun, “Nirvana” və “Rammstein” qruplarının, həmçinin digər
sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə
təqdim edib.

Qeyd edək ki, D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13
yaşında nüfuzlu “Deutsche Grammophon” ilə müqavilə bağlayan ən gənc
sənətçi olub. Təhsilini bitirdikdən indiyədək Devid Qarrett Zubin
Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi
dirijorlarla çalışır.

Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik “ICONIC”
albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə
yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb.
Albom, eyni zamanda, “Golden Record” və “İlin bestselleri”
nominasiyalarında “Opus-Klassik 2023” mükafatlarına layiq görülüb.
Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5
qitədə 113 konsert verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir