Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram – Rəcəb Tayyib Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya
Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava
məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə
saxlayıb.

O, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına
Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı
mesajını çatdırıb.

Mesajda deyilir:

“Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və
firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi
arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir