ABŞ UNESCO-dan çıxır

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-nin
UNESCO-dan çıxması barədə qərar qəbul edib.

Trend xəbər verir
ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama
yayıb.




Onun sözlərinə görə, Ağ Ev rəhbərinin bu qərarı qeyd olunan
təşkilatın Amerika maraqlarına uyğun gəlməyən təşəbbüsləri
dəstəkləməsi ilə əlaqədardır.

“Prezident Tramp ABŞ-nin UNESCO-dan çıxması haqda qərar qəbul
edib. Bu təşkilat proqressiv və mübahisəli mədəni və sosial
təşəbbüsləri dəstəkləyir ki, bunlar noyabr ayında amerikalıların
səs verdiyi “sağlam siyasətə” tamamilə ziddir”, – deyə Kelli “New
York Post” qəzetinə verdiyi açıqlamada bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir