Aysunun yeni sevgilisi var? – FOTO

Baş səhifə

Müğənni Aysun İsmayılova paylaşımı ilə diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında bir nəfərlə fotosunu paylaşıb.

Fotoda qarşı cinsdən olan şəxsin sadəcə bədəninin bir hissəsi görünür.

O, paylaşımına “Hər kəs sussun, qəlbim danışır” şərhini yazıb.

Bundan əlavə, Aysun İsmayılova hekayə bölümündə “T” hərfi olan avtomobil nömrəsinin bir hissəsini paylaşaraq ürək smaylikindən istifadə edib.

Onun paylaşımları həyatında yeni birinin olması kimi başa düşülüb.

İzləyiciləri Aysunun fotosunu paylaşdığı şəxsin Turqut Hüseynov adlı şəxs olduğunu yazıblar.

Qeyd edək ki, A.İsmayılova daha əvvəl 2 dəfə ailəli olub. Onun ikinci evlilikdən bir övladı var.

Ölkə.Az