ABŞ UNESCO-nu tərk edib – YENİLƏNİB

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların UNESCO-dan çıxması barədə qərar qəbul edib, çünki təşkilat ABŞ maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləyir.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi müavini Anna Kelli bildirib.

Məlumat yenilənir

ABŞ Prezidenti Donald Tramp ölkəni BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxarır.

“Report” xəbər verir ki, bu barədə “The New York Post” Ağ Evin mətbuat katibi müavini Anna Kelliyə istinadən bildirib.

Tramp bu addımı təşkilatın anti-Amerika və anti-İsrail əhval-ruhiyyəsi ilə əsaslandırır.

Tramp hələ fevralda ABŞ-nin UNESCO-dakı iştirakı ilə bağlı 90 günlük yoxlama təyin etmiş, təşkilatda hər hansı “antisemit və ya anti-İsrail əhval-ruhiyyəsinin” aşkarlanmasına xüsusi diqqət yetirmişdi.

Yoxlamanın nəticələrinə görə, administrasiya nümayəndələri UNESCO-nun müxtəliflik, bərabərlik və inklüzivlik sahəsindəki siyasəti, eləcə də onun Fələstinyönümlü və Çinyönümlü mövqeyindən narazı qalıb.

“Prezident Tramp Birləşmiş Ştatları amerikalıların noyabrda səs verdiyi ağıllı siyasətə tamamilə zidd olan mədəni və sosial təşəbbüsləri dəstəkləyən UNESCO-dan çıxarmaq qərarına gəlib”, – Kelli bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir