Azərbaycan Çexiya ilə nəqliyyat və tranzit sahələrində əməkdaşlığı müzakirə edib

Baş səhifə

Azərbaycan və Çexiya arasında nəqliyyat və tranzit layihələri sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr Çexiyaya səfər çərçivəsində bu ölkənin nəqliyyat naziri Martin Kupka ilə görüşdə aparılıb: “Görüşdə infrastrukturun təkmilləşdirilməsi layihələri barədə danışdıq. İnnovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə etdik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir