“Liverpul” və “Çelsi” klublarının sabiq müdafiəçisi vəfat edib

Baş səhifə

İngiltərənin “Liverpul” və “Çelsi” klublarının sabiq müdafiəçisi Coi Cons vəfat edib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran futbolçu 70 yaşında ölüb.

Onun ölüm səbəbi açıqlanmayıb. C.Cons 1975-1978-ci illərdə “Liverpul”da çıxış edib. O, həmçinin “Reksem” (Uels), “Çelsi” və “Haddersfayld”da (hər ikisi İngiltərə) oynayıb.

Qeyd edək ki, C.Cons “Liverpul”la iki dəfə Çempionlar Kubokunu, həmçinin UEFA Kuboku və Avropa Superkubokunu qazanıb. O, Uels millisində 70 oyun keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir