Şimali Makedoniyada meşə yanğınları baş verib

Baş səhifə

Bakı. Trend:

Şimali Makedoniyanın bir neçə bölgəsində meşə yanğınları baş
verib.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, ötən sutka ərzində müxtəlif yerlərdə 38
yanğın qeydə alınıb.




Məlumata görə, onlardan 27-si söndürülüb, 5-i nəzarət altına
alınıb, 6-sı isə hələ aktivdir. Ümumilikdə 32 hektardan çox
ərazinin yandığı bildirilir.

Ölkə ərazisində havanın temperaturu 35-42 dərəcə arasında
dəyişir. Anomal istilərlə bağlı əhaliyə xəbərdarlıq edilib.