Tramp “Obamanın cinayətkar dəstəsi”nin üzvlərinin adlarını açıqlayıb

Baş səhifə

Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin keçmiş prezidenti Barak Obamanı vətənə xəyanətdə ittiham edib.

“Report” xəbər verir ki, Obama 2016-cı ildəki prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmanın aparılmasını tələb edib. Trampın Obamaya cavabı isə məhz bu məsələ ilə bağlı olub.

“Bu araşdırma ən yüksək səviyyədə cinayətdir”, – deyə Tramp bildirib.

Hazırkı prezident “bütün cinayətkar dəstəni” sövdələşmədə ittiham edib. Onun fikrincə, cinayətkar dəstəyə “Obama, Co Bayden (sabiq prezident – red.), Ceyms Komi (Federal Təhqiqat Bürosunun rəhbəri) və Con Brennan (Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri)” kimi şəxslər daxildir.

“Obama bu dəstənin lideridir. O, günahkardır”, – Tramp əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir