Türkiyə Rusiya və Ukrayna arasında danışıqların nəticələrinin konstruktiv olacağını gözləyir

Baş səhifə

Bakı. Trend:

Türkiyə Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların
üçüncü raundunun konstruktiv nəticələr verəcəyinə və dialoqun davam
edəcəyinə ümid edir.

Trend xəbər verir
ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
administrasiyası məlumat yayıb.

“Prezidentin sülh prosesində uduzan tərəf olmayacağı ilə bağlı
bəyanatını xatırlatmaq istərdim. Biz nəyə ümid edirik? Atəşkəsə və
regionda sülhə… Düşünürəm ki, bütün dünya bunu gözləyir”, – deyə
Türkiyə liderinin nümayəndələri bildiriblər.




Qeyd olunub ki, Türkiyə danışıqların təhlükəsizliyini təmin
etməyə və prosesi dəstəkləməyə hazırdır.

Görüşün çərşənbə günü saat 20:00-da baş tutması gözlənilir.
Lakin danışıqların dəqiq tarixi hələ rəsmi şəkildə
açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya və Ukrayna arasında iki raund
birbaşa danışıqlar İstanbulda baş tutub. Həmin görüşlər nəticəsində
əsir mübadiləsi həyata keçirilib və tərəflər münaqişənin həllinə
dair memorandum layihələri üzrə müzakirələr aparıblar.

Spread the love