Əfsanəvi musiqiçi Ozzi Ozborn vəfat edib

Baş səhifə

Bakı. Trend:

Dünyaca məşhur “heavy-metal” ulduzu, “Black Sabbath” qrupunun
qurucularından biri olan Ozzi Ozborn 76 yaşında vəfat edib.

Trend xəbər verir
ki, bu barədə Sky News məlumat yayıb.

Musiqiçi bir neçə həftə öncə “Black Sabbath” qrupunun digər
üzvləri ilə yenidən bir araya gələrək pərəstişkarları üçün vida
konserti vermişdi.




Ailəsinin yaydığı açıqlamada deyilir:
“Sözlərlə ifadə edilə bilməyəcək dərəcədə böyük bir kədərlə
sevgilimiz Ozzi Ozbornun bu səhər dünyasını dəyişdiyini elan
edirik. O, ailəsinin əhatəsində və sevgi ilə vidalaşdı.”

Ozzi Ozborn musiqi tarixində iz qoyan ifaları, səhnə
performansları və “heavy metal” janrına verdiyi töhfələrlə yadda
qalıb. Onun vəfatı dünya musiqi ictimaiyyətində böyük kədər
doğurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir