ABŞ Filippinlə ticarət sazişi imzalayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ və Filippin arasında yeni ticarət müqaviləsi imzalanıb.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”
platformasında paylaşım edib.

Trampın sözlərinə görə, Filippin Prezidenti kiçik Ferdinand
Markosun Vaşinqtona səfərindən sonra ölkələr arasında “açıq bazar
və sıfır tariflər” prinsiplərinə əsaslanan ticarət sazişi
bağlanıb.

“Filippin 19% tarif ödəyəcək. Bundan əlavə, biz hərbi sahədə
əməkdaşlıq edəcəyik”, – deyə Tramp bildirib.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən idxal
olunan məhsullara rüsumlar tətbiq ediləcəyini elan etmişdi. Bu
qərara əsasən:

10%-lik universal tariflər aprelin 5-dən,




Fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.

Eyni zamanda bəzi cavab tarifləri 90 gün müddətinə dayandırılıb
və bu dövrdə yalnız 10%-lik universal tarif tətbiq olunur.

İyulun 7-də Tramp ticarət sövdələşmələri üçün son tarixi iyulun
9-dan avqustun 1-nə qədər dəyişdirən sərəncam imzalayıb.

İyulun 9-da isə Tramp Filippin prezidentinə məktub göndərərək
avqustun 1-dən etibarən əlavə məhdudiyyətlərin tətbiq ediləcəyini
bildirib.

Yeni müqavilə çərçivəsində tərəflər iqtisadi və hərbi
əməkdaşlığı daha da dərinləşdirməyə razılaşıblar.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir